Tez Tez Verilen Suallar

Tez-tez verilən suallar:
1.Necə sifariş edə bilərəm?
-Əgər siz bizim saytdan məhsul sifariş etmək istəyirsinizsə, ilk olaraq saytımızdan "qeydiyyatdan" keçməlisiniz. Daha sonra seçdiyiniz məhsulu "səbətə əlavə et" vasitəsilə səbətə əlavə edirsiniz. "Ünvan əlavə et" bölməsinə daxil olub,boş xanaları doldurub Filial seçirsiniz Sonra isə xarici saytlarda keçərli olan bank kartı yaxud ödəmə terminalları vasitəsilə ödənişi edərək, sifarişi tamamlayırsınız.
2.Nə sifariş edə bilərəm?
-Azərbaycan Respublikasına fiziki şəxslər tərəfindən gətirilməsi və beynəlxalq poçt göndərişləri vasitəsilə icazə verilən geyim,çanta,kosmetika və qulluq vasitələri, ayaqqabı,bjuteriya, uşaq oyuncaqları,ev və məişət avandanlıqları və.s sifariş edə bilərsiniz.
3.Nə sifariş edə bilmərəm?
-Azərbaycan Respublikasına fiziki şəxslər tərəfindən gətirilməsi və beynəlxalq poçt göndərişləri vasitəsi ilə alınması qadağan olunmuş mallar, yivli odlu silah növləri, döyüş sursatı (ov silahları üçün sursatlar istisna edilməklə), hərbi təyinatlı bütün əşyalar, partlayıcı maddələr və hərbi texnika.
- Telefonlar, tərkibində batareya olan avadanlıqlar, powerbank-lar
- Kamerası və səsyazması olan saatlar
- Spirtli içkilərin bütün növləri və pivə, tütün məhsulları
-- Tibbi məhsullar
- Gizli kamera
- Akkumlyatorlar
- Amortizatorlar
- Hover Board skuteri
- Hava nəqliyyatı ilə daşınılması qadağan olunan əşyalar
- Radioaktiv maddələr.
- Narkotik və psixotrop maddələr, onlardan istifadə üçün ləvazimatlar.
- Əxlaq pozğunluğunun, zorakılığın, terrorizmin təbliğini və reklamını edən materiallar.
- Narkotik, psixotrop, zəhərləyici, partlayıcı maddələrin hazırlanması texnologiyasına aid materiallar.
- Canlı heyvanlar - Bitki və toxumlar
- Hər cür silah növləri, döyüş sursatı, hərbi təyinatlı hər cür əşyalar, partlayıcı maddələr, hərbi texnika.
- Xüsusi məxfi rabitə vasitələri, onların şifrləri və istismarı haqqında ədəbiyyat.
- Müdafiə, Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin operativ istintaq fəaliyyəti üzrə informasiya sistemləri, sənədləri və arxivləri.
- Dövlət əhəmiyyətli sənədlər, ixtiralar, layihələr.
- Xammal şəklində olan qiymətli metallar və qiymətli qaşlar.
- Qanunvericiliyin tələbini ödəməyən digər məhsullar.
4.Türkiyədən Azərbaycana çatdırılma qiymətləri necə hesablanır?
-Ətraflı məlumatlarla “Kargo tarifləri” bölməsindən tanış ola bilərsiniz.
5.Çatdırılma və malların təhvil verilməsi necə həyata keçirilir ?
-Türkiyədən həftədə 2 dəfə daşınma həyata keçirilir. Bağlamalar Bakı ofisimizə daxil olandan 1 gün sonra təhvil verilməyə başlanılır.
6.Sifarişim neçə günə çatdırılır ?
-Çatdırılma müddəti sifariş verdiyiniz mağazadan asılıdır. Satıcı firmalarda çatdırılma müddəti 3-7 gün olur. Həftə sonları və rəsmi bayram günləri çatdırılma müddətini uzada bilər. Satıcı firma sizin sifarişinizi bizim xaricdəki anbarımıza çatdırdıqdan sonra ən gec 5 gün sonra bağlamanız Bakıda olur.Ümumi olaraq isə sifarişiniz 7-10 iş günü ərzində təhvil verilir.
7.Sifarişimi necə təhvil ala bilərəm?
-Sifarişinizi təhvil almaq üçün ofisə və ya Filiallara yaxınlaşmalısızFilallarimiz Sumqayit və Haciqabulda mövcuddur.Həmçinin,bizdə rayonlara poçt vasitəsilə ilə çatdırılma da mümkündür.
8.Sifarişlərimi necə izləyə bilərəm?
-Sifariş etdiyiniz məhsul xarici anbarımıza daxil olduqdan sonra, saytımızda “Sifarişlərim” bölməsindən izləyə bilərsiniz.
9.Mənim bağlamalarım birləşdirilə bilərmi?
-"Brenshop.az" bağlamaların birləşdirilməsi xidmətini həyata keçirir Satıcı firma Sizin sifarişlərinizi bizim xaricdəki anbara necə təqdim edirsə, biz də məhsulları eynilə Sizə çatdırırıq.
10.Sifarişlərim Bakı anbarında neçə gün qala bilər?
-Bağlamalarınız Bakı anbarında 10 gün ərzində saxlanması ödənişsizdir. 11-30ərzində hər günə görə əlavə 0.5AZN dəbbə pul hesablanacaq. 30 gündən sonra isə sifarişiniz ləğv olunacaq.
11.Alınan məhsullar səhv gəldikdə geri qaytarmaq mümkündürmü?
-Bəli.
12.Online alış-veriş zamanı nələri bilməliyəm?
-Saytımızda qeydiyyat və sifariş zamanı sizdən tələb olunan bölmələri ad, soyad, adres, şəhər, ölkə, nömrə kimi vacib olan hissələri tam və dəqiq formada doldurmağınız lazımdır. Bağlamanın xaricdəki anbarımıza çatdırılması zamanı bu qeyd etdiyiniz məlumatlardan istifadə ediləcək.
13.Sizin digər partnyor şirkətlərdən fərqiniz nədir?
-Biz "Brendshop.az" online alış-veriş mağazası məhsulların Türkiyədən Azərbaycana birbaşa kargosunu təşkil edirik.Bəyannamə doldurmadan Smart Customda Bəyan etmədən Link kopyalamadan rahat şəkildə səbətə atıb sifarişinizi verə bilərsiniz.Sayta baxsanlz bir çox məhsulların Karqo Daxil olduğunu görə bilərsiniz.Yəni bu məhsulların gətiriməsi üçün əlavə ödəniş etməyə ehtiyyac yoxdur.Türkiyədən sifarişi istediyiniz saytdan verə bilərsiz.
14.Suallarıma cavab tapa bilmədim,nə etməliyəm?
-Daha ətraflı məlumat üçün siz saytımızın "Onlayn dəstək" xidmətinə müraciət edə bilərsiniz.Bundan əlavə mobil nömrəsi ilə və ya [email protected] vasitəsilə əlaqə saxlaya bilərsiniz.Həmçinin,sosial şəbəkələrdən,instagram və facebook rəsmi səhifələrindən suallarınızı verə bilərsiniz.

whatsapp icon